BNA maşını xarab olmuş sürücünü cərimələdi - FOTO
16:56 15 Yanvar 2019
Sosial şəbəkədə Anar Qədirov adlı istifadəçi maraqlı paylaşım edib.
Femida.az -ın xəbərinə görə, o iddia edir ki, 90 TK 294 dövlət qeydiyyat nömrəli avtomobilinin təkəri partladığı üçün nəqliyyat vasitəsini yolun kənarında saxlayıb və təkəri dəyişməyə çalışıb.
Elə bu vaxt BNA tərəfindən maşının fotolar çəkilib və cərimə olunub.
BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, bu istiqamətdə araşdırma aparılır:
“Vətəndaş Anar Qədirov 10.01.2019-cu il tarixdə yolun hərəkət hissəsində olarkən iddia etdiyi kimi, nəqliyyat vasitəsində texniki nasazlığın yaranması səbəbindən yolun hərəkət hissəsində nəqliyyat vasitəsini dayandırıb və Bakı Nəqliyyat Agentliyinin müşahidə kameraları vasitəsilə xəta qeydə alınıb.
Bu barədə cərimə müəyyənləşdirilərək vətəndaş məlumatlandırılıb. Məlumat üçün bildirək ki, “Yol Hərəkəti Haqqında” Qanunun 55-ci maddəsinin 2-ci hissəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Bu halda sürücü barədə hər hansı inzibati cərimə protokolu tərtib olunmur”.
Oxunub: 453
Oxşar xəbərlər
- BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib
- BNA üç marşrut avtobusunun iştirakı ilə baş verən qəza barədə məlumat yayıb
- BNA Bakıda qanunsuz parkinqlərlə bağlı bir sıra qurumlara müraciət edib
- BNA Bakıda avtobus sərnişindaşıması ilə məşğul olan bəzi şirkətlərə bir ay vaxt verib
- BNA “Azersky” peykinin təsvirlərindən istifadə edəcək
- BNA Hövsanda piyadaların təhlükəsizlik səviyyəsini artırır
- BNA sədri: “Parkovşik”lərin arxasında himayədarı var”
- BNA hazırda sıxlıq müşahidə edilən küçə və prospektləri açıqlayıb
- BNA hərəkət iştirakçılarına müraciət etdi
- BNA-ya məxsus şirkətin rəhbəri dəyişdirildi