Azərbaycandan Gürcüstana 20 mln. dollardan çox pul köçürülüb


18:28     15 Yanvar 2019 Pul-manat.jpg

2018-ci ildə Azərbaycandan Gürcüstana 20 430,4 min ABŞ dolları məbləğində pul köçürülüb.



Bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Ötən il Gürcüstandan Azərbaycana isə 12 205 min dollar məbləğində pul köçürmələri həyata keçirilib.

Təkcə ötən ilin dekabr ayında isə Azərbaycandan Gürcüstana 2 198,4 min dollar, Gürcüstandan Azərbaycana isə 1 144,5 min dollar pul köçürülüb.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstana xarici ölkələrdən 1,5 mlrd. dollardan çox pul vəsaiti daxil olub. Bunun 150,9 mln. dolları dekabr ayının payına düşüb ki, bu da illik müqayisədə 9,1% çoxdur.

Ötən il Gürcüstana ən çox pul vəsaitlərinin daxil olduğu ölkələrin siyahısına Rusiya başçılıq edib. Bu ölkədən Gürcüstana il ərzində 457 535 min dollar, təkcə dekabr ayında isə 43 800 min dollar məbləğində pul köçürmələri həyata keçirilib.

Açar sözlər:

Oxunub: 250