Ramil Usubov: “Ölkədə mövcud olan sabitlik və təhlükəsizlik şəraiti daha da möhkəmlənib”
17:27 15 Yanvar 2019
“Əlahiddə Çevik Polis Alayı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaq”.
Femida.az xəbər verir ki, bunuƏlahiddə Çevik Polis Alayında 2018-ci il ərzində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan əməliyyat müşavirəsində daxili işlər naziri Ramil Usubov deyib.
O qeyd edib ki, xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb, şəxsi heyət hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.
Nazir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf və tərəqqi strategiyasının Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında böyük əzmlə davam etdirildiyini, ölkədə mövcud olan sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.
Oxunub: 365
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"