BNA sürücünün iddialarına cavab verdi
17:31 15 Yanvar 2019
Bakı Nəqliyyat Agentliyi tərəfindən dayanma və durma, parklanma qaydalarının pozulmasına görə sürücülərin qeydə alınması işləri icra edilməkdədir.
Agentliyin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev Femida.az-a bildirib ki, vətəndaşların dayanma və durma, parklanma qaydaları barədə məlumatsızlığı bir sıra anlaşılmazlıqların yaranmasına səbəb olur. "Bunun bir nümunəsi olaraq, vətəndaş Anar Qədirov 10.01.2019-cu il tarixdə yolun hərəkət hissəsində olarkən iddia etdiyi kimi, nəqliyyat vasitəsində texniki nasazlığın yaranması səbəbindən yolun hərəkət hissəsində nəqliyyat vasitəsini dayandırıb və Bakı Nəqliyyat Agentliyinin müşahidə kameraları vasitəsilə xəta qeydə alınıb. Bu barədə cərimə müəyyənləşdirilərək vətəndaş məlumatlandırılıb.
Məlumat üçün bildirək ki, “Yol Hərəkəti Haqqinda” qanunun 55-ci maddəsinin 2-ci hissəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanmasi işiq siqnalın yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Bu halda, sürücü barədə hər hansı inzibati cərimə protokolu tərtib olunmur. Əlavə olaraq bildirək ki, bu kimi hallarda sürücülər qeyd olunan məsələlərlə bağlı Baki Nəqliyyat Agentliyinə fərdi qaydada və ya [email protected] elektron ünvanına da müraciət əsasında məsələ araşdırıla və bu barədə müvafiq qərarlar qəbul edilə bilər. Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl etməyinizi xahiş edirik".
Femida.az
Oxunub: 392
Oxşar xəbərlər
- BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib
- BNA üç marşrut avtobusunun iştirakı ilə baş verən qəza barədə məlumat yayıb
- BNA Bakıda qanunsuz parkinqlərlə bağlı bir sıra qurumlara müraciət edib
- BNA Bakıda avtobus sərnişindaşıması ilə məşğul olan bəzi şirkətlərə bir ay vaxt verib
- BNA “Azersky” peykinin təsvirlərindən istifadə edəcək
- BNA Hövsanda piyadaların təhlükəsizlik səviyyəsini artırır
- BNA sədri: “Parkovşik”lərin arxasında himayədarı var”
- BNA hazırda sıxlıq müşahidə edilən küçə və prospektləri açıqlayıb
- BNA hərəkət iştirakçılarına müraciət etdi
- BNA-ya məxsus şirkətin rəhbəri dəyişdirildi