Məmmədyarov həmsədrlərlə görüşdü

Məmmədyarov həmsədrlərlə görüşdü


17:47     15 Yanvar 2019 elmar_mammedyarov_090615.jpg

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) ilə görüşüb.



XİN-dən Femida.az-a verilən məlumata görə, görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü sabah Parisdə keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 122