“ASAN Xidmət”ə daha bir imtiyaz verildi
19:22 15 Yanvar 2019
Prezident İlham Əliyev konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Femida.az-ın xəbərinə görə, fərmanla Dövlət Agentliyinə (“ASAN Xidmət”) aşağıdakı konsulluq xidmətləri göstərmək hüququ verilib:
xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi;
sənədə apostil verilməsi və sənədin leqallaşdırılması;
viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi.
Sənədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə konsulluq xidmətlərinin “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görmək tapşırılıb.
Bu fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.
Femida.az
Oxunub: 1370
Oxşar xəbərlər
- Galaxy Z Fold4 həyatımızı necə asanlaşdırır?
- ABŞ-ın dövlət katibi: "Türkiyəyə silah satışı asanlaşdırılmalıdır"
- Qaçırılan "ASAN Xidmət" əməkdaşı tapıldı
- Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Özünü həbsxanada asan Hacı Məmmədovun cinayət ortağı həbsxanada öldü
- Türkiyədə vətəndaşlıq almaq asanlaşdırılıb
- İstintaqı yekunlaşan cinayət işlərinin sayı açıqlanıb
- İsrailə girişin şərtləri asanlaşdırıldı
- Hulusi Akar: "Terror təşkilatlarında ciddi çöküş yaşanır"