Paşinyan Gürcüstana getdi

Paşinyan Gürcüstana getdi


20:53     15 Yanvar 2019 19_01_15_1547571299.jpg

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Gürcüstanın Baş naziri Mamuka Baxtadze N.Paşinyanla Bolnisi rayonunda qeyri-rəsmi formatda görüş keçirib. M.Baxtadze N.Paşinyanı Ermənistanın Baş naziri təyin olunması münasibətilə təbrik edib.

Görüşdə hökumət başçıları iki ölkə arasındakı mehriban qonşuluq münasibətləri barədə müzakirə aparıblar və məhsuldar əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduqlarını ifadə ediblər.
Femida.az

Açar sözlər:

Oxunub: 194