Kürdəmirdə ev yanıb

Kürdəmirdə ev yanıb


21:23     15 Yanvar 2019 yangin_38673636.jpg

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Femida.az bildirir ki, hadisə rayonun Muradxan kəndində qeydə alınıb.

Belə ki, yanğın kənd sakini Əbülfət Nemət oğlu Namətova məxsus ümumi sahəsi 91 kvadratmetr olan 4 otaqlı evdə baş verib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 154