Naxçıvan əhalisinin sayı açıqlandı


18:15     20 Oktyabr 2015 1414001642.jpg


Naxçıvan Muxtar Respublikası əhalisinin sayı artıb.
Femida.az verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, Naxçıvan MR-nin əhalisi ötən ilin müvafiq dövrünə nisbətdə 4 min 134 nəfər artıb. 2015-ci ilin sentyabrın 1-də olan məlumata görə, MR-ın əhalisinin sayı 442 min 722 nəfərə çatıb.

Qeyd edək ki, 2014-cü ildə Muxtar Respublikanın əhalisinin sayı 435 min 367 nəfər olub. Ümumilikdə doğulanların sayı 9763, ölənlərin sayı 2001 nəfər təşkil edib. Təbii artım 7762 nəfər olub.
Ötən il Naxçıvan MR-də doğulanların 3536-sı kişi, 3087-si qadın olub. Təbii artım kişilər arasında 2592, qadınlarda 2173 nəfər təşkil edib. Belə ki, Muxtar Respublikada doğulan oğlanların sayı qızlardan 419 nəfər çox olub.

Açar sözlər:

Oxunub: 1659