Bakıda gənc iki bina arasındakı boşluğa yıxıldı
21:45 15 Yanvar 2019
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda təmir işləri zamanı bir nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın ikinci mərtəbəsindən yıxılan 1994-cü il təvəllüdlü Əsgərov Seymur Ədalət oğlu iki bina arasındakı boşluğa düşüb və xəsarət alıb. Mürəkkəb şəraitdə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində S. Əsgərov binaların arasındakı boşluqdan çıxarılıb.
Xilas olunan şəxs hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. İlkin müayinə zamanı S. Əsgərovun huşsuz vəziyyətdə olduğu müəyyən edilib.
Femida.az
Oxunub: 357
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb