Ötən il səs-küy salan 888 nəfər saxlanılıb


09:01     16 Yanvar 2019 2019/01/77B7A103-997E-42F5-8F1B-1AF71BE0AC26_1547614846.jpeg

Ötən il post və marşrutlarda 32.081 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 834, inzibati xətalara yol vermiş 31.247 şəxs saxlanılaraq barələrində qanunauyğun ölçülərin götürülməsi təmin edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bunu Alay komandirinin birinci müavini - Qərargah rəisi, polis polkovniki Elnur Kərimov Əlahiddə Çevik Polis Alayında 2018-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində deyib.

E.Kərimov qeyd edib ki, ötən il Nazirliyin aidiyyəti struktur qurumları və ərazi polis orqanları ilə qarşılıqlı əlaqədə Alayın patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, сinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb. Hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 214-ü xuliqanlıq, 247-si oğurluq, 15-i soyğunçuluq, 52-i dələduzluq, 44-ü digər cinayətlər törətmiş şəxslər olub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Alayın şəxsi heyəti tərəfindən ümumilikdə 133 nəfər saxlanılıb. Bununla bərabər, xırda xuliqanlığa görə 1.298, avaralıq və dilənçiliyə görə 3.199, polisin qanuni tələbinə tabe olmadığına görə 668, qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə 4.925, məişət səs-küyünə yol verən 888 nəfər müəyyən edilərək barələrində zəruri tədbirlər görülüb. Bütövlükdə, 2017-ci illə müqayisədə aşkarlanan cinayətlərin sayı 1,5, inzibati xətaların sayı isə 21,3 faiz çox olub.

Femida.az

Açar sözlər:

Oxunub: 413