Prezident “SOCAR karbamid” zavodunun açılışında
11:00 16 Yanvar 2019

Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.
Femida.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev zavodu işə saldı. Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.
Femida.az
Oxunub: 172