Yalan məlumat yayan KİV-lər üzr istəyəcək


18:35     20 Oktyabr 2015 milli%20meclis33.jpg


Azərbaycanda cinayət işləri üzrə ibtidai araşdırma aparan orqan yanlış məlumatlara görə kütləvi informasiya vasitələrindən (KİV) təkzib və düzəlişin edilməsini tələb edə biləcək.

Femida.az
xəbər verir ki, Milli Məclis bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər edib.

Yeni dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya porsessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş edilməsi tələbi ilə müraciət etmək hüququna malikdir.

Dəyişiklik cinayət işləri ilə bağlı məlumatların verilməsi sahəsində KİV-lərin məsuliyyətinin artırılması, həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatların təkzib olunmasını və onlara düzəliş edilməsini nəzərdə tutur.
Layihə Milli Məclisdə səsverməyə çıxarılaraq qəbul edilib.

Açar sözlər:

Oxunub: 1129