Bakıdan daha bir Rusiya şəhərinə aviareys açıldı


12:05     16 Yanvar 2019 19_01_16_1547626089.jpg


16 may 2019-cu il tarixindən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Rusiyanın daha bir şəhəri – Həştərxana birbaşa aviareyslərə başlayacaq.

Femida.az xəbər verir ki, Həştərxan loukost aviaşirkətin Rusiyadakı beşinci istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan Moskva, Sankt-Peterburq, Kazan və Mineralnıye Vodı şəhərlərinə müntəzəm uçuşlar həyata keçirir.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Həştərxan (IATA:ASF) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək.
Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.

Uçuş "Embraer E-190" təyyarəsi ilə həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.


Femida.az

Açar sözlər: #buta   #təyyarə   #aviareys  

Oxunub: 350