Pensiyaçılara ŞAD XƏBƏR - Büdcədən pul ayrıldı
12:11 16 Yanvar 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu yanvar ayı üzrə əmək pensiyalarının maliyyə təminatının həyata keçirilməsi işlərinə başlayıb.
Femida.az xəbər verir ki, artıq Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının maliyyələşdirilməsi təmin edilib.
Yaxın günlərdə isə respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Eləcə də respublikanın digər rayonları, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının müvafiq qrafik əsasında maliyyələşməsi təmin ediləcək.
Ümumilikdə yanvar ayının pensiyalarının elə bu ay ərzində də ödənişi başa çatdırılacaq.
Həmçinin bu ay ərzində pensiyaçıların təqribən 94 faizinin pensiyalarının ötən ilin ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılması nəzərdə tutulur. Artım pensiyanın 2019-cu ilin 1 yanvar tarixinə olan məbləğinə tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.
Femida.az
Oxunub: 1135
Oxşar xəbərlər
- Artıq ödənilmiş əmək pensiyasının pensiyaçıdan tutulacağı hallar müəyyənləşir
- Pensiyalar ödənilir
- İyul ayının pensiyaları tam ödənilib
- Pensiyalar iyulun 15-də tam ödəniləcək
- Bu şəxslər pensiyaya 5 il tez çıxacaq – Prezident Qanunu təsdiqlədi
- Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək - QANUN
- Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
- Pensiyalar sabah tam ödəniləcək
- Pensiya və təqaüd alanlara sevindirici xəbər - Bu qədər arta bilər - VİDEO
- Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib