1600 manat pulu oğurlayıb xərclədi


12:20     16 Yanvar 2019 2019/01/502000880_2185245391692762_9219128673590837248_o_1547626707.jpg

Quba rayonu 2-ci Nügədi kənd sakini İlham Qardaşəliyev yanvarın 14-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yanvarın 12-də evindən 1600 manat pulunun oğurlandığı barədə məlumat verib.



DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, “isti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəmil Daşdıyev saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evdə heç kimin olmadığı vaxtda evə daxil olduğunu və 1600 manat pul oğurladığını, əldə etdiyi pulları isə xərclədiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.



Femida.az

Açar sözlər:

Oxunub: 294