Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
12:54 16 Yanvar 2019
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.
DİN-dən Femida.az-a verilən xəbərə görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 15 günü ərzində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 117 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 13 kiloqrama yaxın heroin, 7,2 kiloqram tiryək, 15,6 kiloqram həşiş və 81 kiloqramdan çox marixuana, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 900-dən çox çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır
Femida.az
Oxunub: 273
Oxşar xəbərlər
- Külli miqdarda "Parliament"i Azərbaycana gətirə bilmədi
- Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb
- Külli miqdarda narkotik maddə aşkarlanıb
- Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
- Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
- Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb
- Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı
- Külli miqdarda aksiz markası olmayan siqaret və spirtli içki aşkarlanıb
- Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
- Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb