Bu imtahanı ancaq 10 şagird verdi - Fotolar


13:27     16 Yanvar 2019 2019/01/exam_student_160119_01_3095261928.jpg

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanların müsahibə mərhələsi başa çatıb.



Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az
-a verilən məlumata görə, imtahanda komissiya üzvləri tərəfindən müsahibələr aparılıb. Müsahibə zamanı 10 şagirdin bilik və bacarıqları yoxlanılaraq müvafiq rəy verilib.

İmtahanların nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat imtahanları Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilib.





Femida.az

Açar sözlər:

Oxunub: 331