Həbib Nurməhəmmədov “İlin idmançısı” seçildi


13:42     16 Yanvar 2019 19_01_16_1547631828.jpg


Şimali Qafqaz Milli Mükafatı olan "İlin insanları - 2018" nominasiyalarının qalibləri açıqlanıb.

Femida.az xəbər verir ki, ötən il UFC üzrə dünya çempionu olan Dağıstanlı Həbib Nurməhəmmədov “İlin idmançısı" seçilib.

Belə ki, 2018-ci il döyüşçünün idman karyerasında ən müvəffəqiyyətli il olub. O, UFC kəmərini qazanıb və irlandiyalı dünya çempionu Konor Makqreqoru məğlub etməklə titulu onun əlindən alıb. Məhz bu hadisədən sonra Həbib dünyada məşhurlaşıb.

Femida.az

Açar sözlər: #Həbib   #idman   #UFC  

Oxunub: 538