Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı


14:27     16 Yanvar 2019 2018/02/tofiq-yaqublu_1518622134.jpg

Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.


Femida.az xəbər verir ki, bu barədə "Facebook" səhifəsində məlumat yayan Yaqublu aclığı dayandırmasına səbəb kimi Milli Şuranın 19 yanvarda keçiriləcək mitinqini bəhanə gətirib.
Əslində indiki məqamda onların əsas məqsədi guya həbsdə olan blogger Mehman Hüseynova "dəstək" üçün keçirdikləri uğursuz aksiyanı başa vurmaq idi. Sadəcə buna bəhanə lazım idi. Görünür, məqsədlərinə çata bilməyən aksiya iştirakçıları sifətlərini itirməmək üçün bunu necə edəcəkləri barədə gecə-gündüz baş sındırıblar. Nəticədə çıxış yolunu mitinqdə tapıblar.

Bundan öncə olduğu kimi, 19 yanvarda da "Məhsul" stadionuna barmaqla sayılacaq qədər adamın gələcəyini bildikləri halda mitinq keçirməyin məntiqi nəticəsi belədir: Təki aclıq dayansın, mitinq uğursuz alınsa da olar...

Femida.az

Açar sözlər:

Oxunub: 647