Kanallar özəl-intim həyatları müzakirəyə çıxarır - MTRŞ

Kanallar özəl-intim həyatları müzakirəyə çıxarır - MTRŞ


15:32     16 Yanvar 2019 mtrss.jpg

Milli-mənəvi dəyərlərin efirdə pozulması müxtəlif formalarda baş verir. Həm də bu səpkidə olan pozuntular daha çox sosial problemlərin müzakirə olunduğu verilişlərdə baş verir.



Femida.az xəbər verir ki, bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Məlumatda deyilir ki, müzakirə tipli verilişlərdə hansısa ailənin, şəxsin özəl-intim həyatının bu və ya digər anları müzakirəyə çıxarılır, videofaktlar ortaya qoyulur.

İl ərzində aparılmış monitorinqlər TV-lərdə ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığını ortaya qoyub.

Belə ki, müəyyən edilib ki, yayımçılar ciddi mövzular müəyyənləşdirməklə səviyyəli diskussiyalar, ciddi ekspertlərin iştirakı ilə müzakirələr təşkil etməyə qətiyyən maraq göstərmirlər. Onlar daha çox ucuz yollara əl atır, əksərən ailə-məişət mövzuları, ictimai əhəmiyyət kəsb etməyən məsələləri müzakirəyə çıxarırlar.

Femida.az

Açar sözlər:

Oxunub: 269


Oxşar xəbərlər