Xəstəxanalar gücləndirilmiş iş rejiminə keçir


16:10     16 Yanvar 2019 1425459772_sehiyye-n.jpg

Səhiyyə Naziri Oktay Şirəliyev respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb, gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib.

Səhiyyə Naziliyi Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib. Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1055