Turizm fəaliyyəti ilə məşğul olanlara hava xəbərdarlığı
16:30 16 Yanvar 2019
Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlığını əsas götürərək respublika ərazisində 17 və 18 yanvarda hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar turizm fəaliyyəti ilə məşğul olan bütün fiziki şəxslər və şirkətlərə müraciət edərir.
Femida.az xəbər verir ki, sahələrdə turistlərə xidmət göstərən turizm agentliklərinə, hotellərə, bələdçilərə, dağ, eko, macəra və digər ekstremal turizm növləri ilə məşğul olan şəxslərə və şirkətlərə əməkdaşlarının və turistlərin təhlükəsizliyini nəzərə alaraq fəaliyyətlərini qeyd olunan tarixlərdə məhdudlaşdırmağı, zəruri hallarda tamamilə dayandırmağı tövsiyə edir.
Həmçinin şiddətli külək, temperaturun anomal gedişi və yolların buz bağlama ehtimalı nəzərə alınaraq ölkədaxili turistik səfərlərin təxirə salınması tövsiyə olunur.
Femida.az
Oxunub: 440
Oxşar xəbərlər
- Turizm Agentliyi: Regionlara axın olacaq
- Turizm və otelçiliklə bağlı göstərişlər açıqlandı
- Turizm sektoru üçün yeni təlimatlar hazırlandı
- Turizm bələdçiləri üçün yeni tələb müəyyənləşir
- Turizm obyektlərinin ətraf mühitə təsiri qiymətləndiriləcək
- Turizmlə bağlı Ekspertlər Şurası yaradılıb
- Turizm brendimiz Dubayda 6 nominasiya üzrə qalib oldu
- Turizm obyektlərinin layihələndirilməsi üçün YENİ QAYDA təsdiq olundu
- Turizmlə bağlı qanun təkmilləşdirilir
- Turizmlə bağlı qanun dəyişdirilir