Sərhəd pozucusu xəbərdarlıq atəşi ilə saxlanıldı - Foto
16:32 16 Yanvar 2019
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Femida.az -ın məlumatına görə, bu gün saat 02:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İran İslam Respublikası istiqamətində 1 nəfər naməlum şəxsin ayaq izləri aşkar olunub. Sərhəd zastavasının və qonşu bölmələrin şəxsi heyəti tərəfindən sərhəd pozucusunun mümkün hərəkət istiqamətləri qapadılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar birgə tədbirlərin görülməsi məqsədilə İranın Aslanduz sahəsi üzrə sərhəd nümayəndəsi dərhal məlumatlandırılıb, İİR sərhəd mühafizə orqanları tərəfindən həmin istiqamətdə sərhəd mühafizə tədbirləri gücləndirilib.
Görülmüş tədbirlər nəticəsində saat 03:20-də sərhəd pozucusu aşkarlanıb və təqib zamanı xəbərdarlıq atəşindən istifadə edildikdən sonra tutulub. Araşdırma zamanı sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib, Beyləqan rayonu 2-ci Şahsevən kənd sakini 1984-cü il təvəllüdlü Muradov Rahil Məsim oğlu olması müəyyən olunub.
Həmin ərazinin yoxlanılması nəticəsində 1 ədəd AKM-74 silahı, 1 ədəd patron darağı, 7,62 mm-lik 19 patron və sərhəd pozucusunun digər əşyaları aşkar olunaraq götürülüb.
Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub: 452
Oxşar xəbərlər
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- Sərhəddə insident olub, bir nəfər zərərsizləşdirilib, bir nəfər axtarılır
- Sərhədə cəmləşdirilmiş qoşunların yeni peyk fotoları yayıldı
- Sərhədə yenə tanklar, artilleriya qurğuları və “Buk-M1” kompleksləri cəmləşdirilir
- Sərhədçilərə orden və medallar verildi - FOTOLAR
- Sərhəddə xidmət aparan gömrük əməkdaşlarına xarici dil təlimləri keçirilib
- Sərhəddəki atışmada Qırğızıstanın 33 vətəndaşı ölüb
- Sərhəd pozucusu 4 kiloqram narkotiklə tutuldu
- Sərhəd aviasiyasının AN-2 təyyarələri düşmənə ciddi zərbələr vurub
- Sərhədçilər narkotik qaçaqmalçılığının qarşısı aldı