Azyaşlılara tütün məmulatı satan şəxslər cərimələnib


16:50     16 Yanvar 2019 tutun.jpg

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib.


Bu barədə Femida.az a DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində daxil işlər orqanları tərəfindən tədbirlər davam etdirilir. Yanvarın 16-da Samux Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində növbəti reyd keçiriblər.

Reydlər nəticəsində rayon ərazisində yerləşən mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin mağazaların 4 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olunublar.

Bu istiqamətdə reydlər davam etdirilir.

Açar sözlər:

Oxunub: 427