Baş prokurorun Şamaxıya səfəri təxirə düşdü


18:27     16 Yanvar 2019 Zakir_Qaralov.jpg

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayon sakinləri ilə yanvarın 18-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.


Bu barədə Femida.az- a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qəbul yanvarın 25-də saat 10:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında keçiriləcək.

Açar sözlər:

Oxunub: 376