Hava şəraiti ilə əlaqədar nazirlikdə qərargah yaradıldı


17:53     16 Yanvar 2019 19_01_16_1547645737.jpg


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16-18 yanvar tarixıərinə proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar tabeliyindəki qurumların rəhbərləri ilə görüş keçirib.

Femida.az xəbər verir ki, nazirin rəhbərliyi ilə operativ qərargah yaradılıb.

Əhalinin nəqliyyat, telekommunikasiya, poçt, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə fasiləsiz şəkildə təmin edilməsinə dair müəssisə rəhbərlərinə tapşırıqlar verilib.

Nəqliyyat və rabitə obyektlərinin mühafizəsinin və yanğın təhlükəsizliyinin, eləcə də açıq havada işləyən işçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq tədbirlər görülməsi barədə göstəriş verilib.

Qəza xidmət briqadaları hazırlıq vəziyyətinə gətirilib və növbətçi hissələr təşkil edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 489