Sədr məcburi köçkünlərlə görüşdü


18:58     16 Yanvar 2019 2019/01/DSC_0120_1547645995.jpg

Yanvarın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Qarabağ sanatoriyasında məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların vəziyyəti ilə yerində tanış olub.


Femida.az xəbər verir ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin problemlərinin həllinin prioritet istiqamət olduğu, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirildiyi, yeni yaşayış komplekslərinin inşasının davam etdirildiyi bildirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasının sürətləndirilməsi üçün zəruri iş aparıldığı diqqətə çatdırılıb.



Məcburi köçkünlərin müraciətləri dinlənilib, sualları cavablandırılıb. Köçürülmə ilə əlaqədar müraciət edən məcburi köçkünlərə məlumat verilib ki, öncə qəzalı şəraitdə, həyat üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər yeni mənzillərlə təmin edilir.
Görüşdə iştirak edən məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Dövlət Komitəsi rəhbərliyinin məcburi köçkünlərlə bilavasitə müvəqqəti yaşayış yerlərində görüşləri davam etdiriləcəkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 593