Rusiyanın Dilqəm Əsgərovla bağlı səylərini artıracağına inanırıq - XİN sözçüsü
21:33 16 Yanvar 2019
Biz Rusiya xarici işlər nazirinin öz vətəndaşının həbsi ilə bağlı məsələlərlə maraqlandığını anlayışla qarşılayırıq.
Femida.az xəbər verir ki, bu barədə Trend-ə Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanda həbs olunmuş erməni əsilli Rusiya vətəndaşı ilə bağlı ona ünvanlanan suala verdiyi cavaba münasibət bildirən Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
Leyla Abdullayeva bildirib: "Eyni zamanda, Rusiya rəsmisinin öz vətəndaşı olan və Azərbaycanın işğal olunmuş ərazilərində girov götürülərək, qondarma məhkəmə qərarı ilə ömürlük həbs cəzasına layiq görülən Dilqəm Əsgərovun məsələsinə xüsusi maraq göstərəcəyini və onun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik".
Qeyd edək ki, S.Lavrov Azərbaycanda həbs olunmuş erməni əsilli Rusiya vətəndaşı ilə bağlı suala cavabında "ümid edirəm ki, dialoq və hüquqi normalara əsaslanan qərarlar vasitəsilə hər kəsi qane edən nəticələrə gəlib çıxacağıq və bu vətəndaşı qaytara biləcəyik" - deyə bildirib.
Femida.az
Oxunub: 497
Oxşar xəbərlər
- Rusiyanın nə qədər raket və mərmi ehtiyatı qalıb?
- Rusiyanın Ukrayna ilə sərhədyanı şəhərində partlayışda 3 nəfər ölüb
- Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
- Rusiyanın 11 hava limanına uçuşlara qadağa iyul ayına qədər uzadılıb
- Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda vəfat edib
- Rusiyanın Ukraynada itkilərinin sayı 40 min nəfərə çatır
- Rusiyanın xarici işlər naziri Türkiyədə səfərdədir
- Rusiyanın Ukraynadakı itkiləri 26 mini ötüb
- Rusiyanın Moldovaya hücum etmək niyyətində olduğu iddia olunur
- Rusiyanın Ukraynada itirdiyi hərbçilərin sayı 21 minə çatıb