MTN başçısının səlahiyyətlərinin icraçısı təyin olundu - SƏRƏNCAM


20:20     20 Oktyabr 2015 338ca213eebee25b32967a5d73c977c9.jpg


Azərbaycan Prezidenti İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Femida.az -ın məlumatına görə, sərəncamda deyilir:

`Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilsin`.

Qeyd edək ki, Mədət Quliyev həm də milli təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 2737