“Qarabağ” ilk yoxlama oyununda uduzdu


22:20     16 Yanvar 2019 2019/01/15476-154766098321-58-37-_1547661554.jpg

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" klubu bu gün ilk yoxlama oyununu keçirib.

Femida.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın "Uypeşt" klubu ilə üz-üzə gəlib. "Gloria Sports Arena"da keçirilən görüş Qurban Qurbanovun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ" "Uypeşt"lə oyundan başqa, daha 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdamlılar yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla üz-üzə gələcək

Açar sözlər:

Oxunub: 411