9 mərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi


09:34     17 Yanvar 2019 19_01_17_1547703328.jpg


Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 62 m² olan 3 otaqlı mənzilin mətbəxində 8 m² sahədə mebel və 3 ədəd məişət avadanlığı yanıb.

Femida.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, yanğın zamanı mənzildən 4 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Bakı   #yanğın   #FHN  

Oxunub: 344