Bakıdan Naxçıvana 15 mindən çox sərnişin daşınıb


09:51     17 Yanvar 2019 19_01_17_1547704300.jpg


Ötən il İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda işləyən avtobusların fasiləsiz fəaliyyət göstərməsi təmin edilib.

Femida.az xəbər verir ki, il ərzində Naxçıvandan Bakıya 14 min 693, Bakıdan Naxçıvana 15 min 43 sərnişin daşınıb. Həmçinin muxtar respublika sakinlərinin paytaxt Bakışəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda axşam reysi fəaliyyətə başlayıb.

Femida.az

Açar sözlər: #Bakı   #Naxçıvan  

Oxunub: 243