Daha 2 erməni hərbçisi minaya düşdü - YENİLƏNİB

Daha 2 erməni hərbçisi minaya düşdü - YENİLƏNİB


14:41     17 Yanvar 2019 2019/01/722016_1547709099.jpg

Ermənistan silahlı qüvvələrində qeyri-döyüş itkilərinin sayı artmaqda davam edir.


Femida.az erməni KİV-lərinə istinadən məlumat verir ki, ermənilərin iki hərbi qulluqçusu piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıblar: "Hərbçilər təcili hərbi tibb müəssisəsinə təxliyə ediliblər. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır".

***

Yanvarın 16-sı saat 15:00 radələrində Ermənistan-Azərbaycan sərhədində Ermənistanın Tavuş əyalətinin Barekamavan kənd sakini Arman Mikaelyan minaya düşüb.

Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, insident nəticəsində Mikaelyanın ayağı qopub.

Hadisə yerinə 3 saatdan sonra gələn xüsusi bölmənin əməkdaşları onu Noemberyan xəstəxanasına aparıblar. Hazırda Mikaelyanın vəziyyətinin orta stabil olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 327