Bakıda küləyin sürəti şiddətləndi, dayancaqlar yerindən qopdu - VİDEO


12:08     17 Yanvar 2019 2019/01/722037_01_1547712566.jpg

Bakıda güclü külək avtobus dayanacaq məntəqələrindən birinə ziyan vurub.

Femida.az -ın məlumatına görə, dayanacaq məntəqəsinin damı uçub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Femida.az-a bildirib ki, hadisə Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb.

"Artıq bununla bağlı BNA-nın əməkdaşları hadisə yerinə göndərilib. Yaranmış problem tez bir zamanda aradan qaldırılacaq".

Qeyd edək ki, Bakıda gecə saatlarından əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 4 ağac da aşıb.

Femida.az hadisə yerindən videonu təqdim edir:


Açar sözlər:

Oxunub: 809