Timsah qadını parçaladı - VİDEO


12:41     17 Yanvar 2019 2019/01/krakadil_1547714750.jpg

İndoneziyanın Sulavesi adasında bir qadın 700 kiloqramlıq timsahın qurbanı olub.


44 yaşlı Dezi Tuvo mirvari fabrikində laboratoriya rəhbəri olub və ərazidə qeyri-qanuni saxlanılan Meri adlı timsahı yedizdirirmiş. Bu zaman qadın sürüşərək timsahın saxlanıldığı yerə yıxılıb. Qadının həmkarları bir neçə saatdan sonra onun cəsədinin qalıqlarını tapıblar.




Cənubi Sulavesinin Təbii Resursların Müdafiəsi Agentliyinin nümayəndəsi Hendriks Rundenqan bildirib ki, onların bu nəhəng timsahdan xəbərləri var idi, lakin dəfələrlə onu götürmək istəsələr də, fabrikin ərazisinə daxil olmağa icazə verilmirdi.

Polis idarəsindən məlumat verilib ki, fabrikin sahibi yapon iş adamıdır. Güman edilir ki, elə timsah da onundur. Hazırda yapon iş adamı axtarışa verilib./Azertac/

Femida.az

Açar sözlər:

Oxunub: 753