Bakıda gərgin anlar: Ülgüclə gəncə hücum edildi,köməyinə polis gəldi -FOTO
13:33 17 Yanvar 2019
İctimai asayişin qorunması, şahidi olduğu cinayət xarakterli hadisələrə dərhal reaksiya və bu tipli hüquqazidd əməlləri törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən biridir.
DİN-in mətbuat xidmətindən Femida.az -a verilən xəbərə görə, ictimai asayişin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri də Səbail rayonu ərazisində baş verib. Yanvarın 13-də saat 23 radələrində Səbail rayonu ərazisindəki parkların birində naməlum şəxs Bakı şəhər sakini Z.Mehdizadəni ülgüclə hədələyib pul və əlindəki fotoaparatı almağa cəhd göstərib. Hadisə zamanı zərərçəkənin köməyinə yaxınlıqda xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Heydər Həsənov çatıb.
Onun hadisəyə çevik və operativ reaksiyası nəticəsində quldurluq edən şəxs cinayət başında zərərsizləşdirilərək aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə təhvil verilib. Polis Bölməsində araşdırma zamanı hadisəni tərədən şəxsin Sumqayıt şəhər sakini Nicat Həsənli olduğu müəyyən edilib. Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində araşdırmalar başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1255
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"