Qadın keçmiş ərinə qoşulub qaçdı, qan düşdü – Azərbaycanda kütləvi dava


14:07     17 Yanvar 2019 19_01_17_1547719691.jpg

Bu gün saat 00:30 radələrində Sabirabad rayonunun Qaragüney kəndində bıçaqlanma hadisəsi baş verib.

Femida.az "report”a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü yerli sakinlər - Məmmədov Tofiq Heybət oğlu və onun 1968-ci il təvəllüdlü qardaşı Məmmədov Rafiq Heybət oğlu bıçaq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hər iki qardaş bədənlərinin müxtəlif yerlərindən çoxsaylı kəsilmiş-deşilmiş yaralarla əməliyyat olunublar.

Hadisənin digər iştirakçıları - Qaragüney kənd sakinləri, 1950-ci il təvəllüdlü Abbasov Eldar Abbas oğlu və 1983-cü il təvəllüdlü Nağıyev Sənan Sabir oğlu da müxtəlif bədən xəsarətləri ilə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriliblər. Davaya qadının keçmiş ərinə qoşularaq qaçması səbəb olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 2089