Rayon təhsil şöbələri ləğv edilib? - Nazirlik cavabdan qaçdı
14:23 17 Yanvar 2019
Təhsil Nazirliyi rayon və şəhər təhsil şöbələrinin ləğv edilərək onların bazasında regional təhsil idarələrinin yaradılmasına başlanılması ilə bağlı məlumatlara münasibət bildirib.
Femida.az Report-a istinadən xəbər verir ki, nazirlik məlumatı nə təsdiq, nə də inkar etməyiblər.
"Təhsil Nazirliyində bununla bağlı hər hansı məlumat yoxdur", nazirlikdən qeyd olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2014-cü il iyulun 24-də imzaladığı sərəncama əsasən, rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmalıdır. Sərəncamda regional təhsil idarələrinin 2015-ci il yanvarın 1-dən yaradılmasına göstəriş verilib. Lakin indiyədək bu reallaşmayıb.
Bu müddətdə Təhsil Nazirliyi sistemində strukturunun yenilənməsi baxımından dəyişiklik yalnız ərazi maliyyə hesablaşma mərkəzlərinin yaradılmasından ibarət olub. 2016-cı ildən şəhər və rayon təhsil şöbələrinin mühasibatlıqları və təsərrüfat qrupları ərazi maliyyə hesablaşma mərkəzlərinin tabeliyinə verilib və şəhərlər, rayonlar üzrə təhsil xərclərinin bu mərkəzlər vasitəsilə həyata keçirilməsinə başlanıb.
Femida.az
Oxunub: 718
Oxşar xəbərlər
- Rayonlarda şimşək çaxacaq, yağış yağacaq
- Rayon Təhsil şöbələri ləğv edildi
- Rayon qeydiyyatı olanların NƏZƏRİNƏ: Göndəriş vərəqəsi tələb olunacaq
- Rayonlara dolu yağıb
- Rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunacaq
- Rayondakı evdən 6 minlik qızıl oğurlandı
- Rayon sakinlərindən 15 kiloqram narkotik çıxdı
- Rayonlara avtobusla gediş-gəliş bərpa olunur
- Rayonlarda onlayn dərslərə qouşlma faizi aşağıdır
- Rayondakı evini qumarxanaya çevirdi