2018-ci ildə Azərbaycan 38,8 mln. ton neft hasil edib


14:36     17 Yanvar 2019 neft%20qiymeti%20femida.jpg


2018-ci il ərzində Azərbaycanda 38,802 mln. ton neft hasil edilib.


Femida.az Energetika Nazirliyinin 2018-ci ildə görülmüş işlərə dair hesabata istinadən xəbər verir ki, bu göstərici proqnozdan 849 900 ton çoxdur.

Ötən il ölkədə neft hasilatının həcmi 2017-ci ildən 0,29% və ya 113,1 min ton çox olub.

Hasil olunan neftin 28,722 mln. tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun, 2,540 mln. tonu “Şahdəniz”in (kondensat), 7,540 mln. tonu isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

AÇG-dən ötən il neft hasilatının həcmi 2017-ci ilə nisbətən 184,4 min ton və ya 0,64% azalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 416