“Verdiyimiz hava proqnozu özünü doğruldub” – Nazirlik

“Verdiyimiz hava proqnozu özünü doğruldub” – Nazirlik


15:23     17 Yanvar 2019 2018/02/kulek_1518246280.jpg

"Bir çox orqanlardan daxil olan məlumatlara əsasən ağac aşması, ağacların budaqlarının və dayanacaqlardakı şüşələrin sınması kimi hallar aşkar olunub və bu haqda artıq kütləvi imformasiya vasitələrində məlumatlar dərc olunur”


Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 17-18 yanvar tarixlərində hava şəraitinin ifrat təhlükəli surətdə dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, ölkənin aidiyyatı qurumları gücləndirilmiş iş rejiminə keçiblər.

Həmçinin Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə" əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb. Dərslər təxirə salınan təhsil müəssisələrinin sırasına bütün ümumtəhsil müəssisələri, ilk peşə təhsil müəssisələri, orta ixtisas və ali məktəblər daxildir. İstənilən növ tədris tədbirləri - dərs, imtahan, kollokvium dayandırılıb. Eyni zamanda bu gün, yəni yanvarın 17-də SOCAR hava şəraitinin kəskinləşməsi, dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirib. Bütün sahələrdə növbətçilik təşkil olunub, yalnız istehsalat qəzalarının baş verməməsi məqsədilə növbətçilər sahələrdə saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsilə ümumilikdə 2500 nəfərədək neftçinin sahilə çıxarılması üçün tədbirlər görülüb.

Qeyd edək ki, əksər insanlar hazırda Bakıdakı hava şəraitinin proqnoz edildiyi səviyyədə təhlükə doğuracaq halda olmadığını düşünürlər.

Nazirliyin verdiyi proqnozun həqiqəti əks etdirib-etdirməməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədovaya müraciət edib.

Nazirliyin verdiyi proqnozun özünü doğrultduğunu qeyd edən Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib:

"Öncəliklə qeyd edim ki, verdiyimiz hava proqnozu özünü doğruldub. Çünki hal-hazırda küləyin sürəti 28- 36 m/s təşkil edir. Eyni zamanda yağıntılı hava şəraiti müşahidə olunur. Bir çox orqanlardan daxil olan məlumatlara əsasən ağac aşması, ağacların budaqlarının və dayanacaqlardakı şüşələrin sınması kimi hallar aşkar olunub. Eyni zamanda reklam lövhələrinin aşması və damların dağılması kimi hallar da var.

Öncədən verdiyimiz proqnoza əsasən aiddiyyatı qurumlar bu kimi hallara hazırlıqlı olur və operativ müdaxilə edə bilirlər. Məktəblərdə və təhsil ocaqlarında tədrisin dayandırılmasına gəlincə, nəzərə almaq lazımdır ki, tədris təxirə salınmadığı təqdirdə kiminsə uşağı həmin o dayanacaqlarda və ya təhlükə baş verən yerlərdə ola bilər. Hansısa reklam lövhəsi və ya ağaç aşarkən onun altında qalıb, zərər çəkə bilər. Bu kimi hallara görə aidiyyatı orqanlara xəbərdarlıq etmişdik. Həmin qurumlar isə öz səlahiyyətləri çərçivəsində müəyyən addımlar atıblar. Yəni, həmin addımları atmağa özləri qərar veriblər. Biz sadəcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq, baş verəcək hava şəraiti haqqında hər kəsi məlumatlandırmışıq. Bu bizim vəzifə borcumuzdur və mütləq etməliyik”.

Femida.az

Açar sözlər:

Oxunub: 408


Oxşar xəbərlər