Nazirlik 6148 nəfəri sanatoriyaya göndərib


15:35     17 Yanvar 2019 19_01_17_1547725170.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il həssas qruplardan olan şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri və b.) sanator-kurort və istirahət mərkəzlərinə göndərişlə təminatı işləri davam etdirilib.

Femida.az xəbər verir ki, 2018-ci ildə Fond həssas qruplardan olan şəxsləri sanator-kurort müəssisələrinə 6148 və istirahət mərkəzlərinə 1409 göndərişlə təmin edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 9 May-Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarından ibarət 541 nəfərin hər birinə 1000 manat, həmin müharibədə həlak olmuş döyüşçülərin dul arvadlarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərdən ibarət 10430 nəfərin hər birinə 500 manat birdəfəlik maddi yardım verilib.

Hesabat dövründə 16 min nəfər səyyar və stasionar şəraitdə sosial xidmətlərlə təmin olunub. 355 nəfər sağlamlıq imkanları məhdud gənc isə peşə reabilitasiyasına cəlb edilib.

Femida.az






Açar sözlər:

Oxunub: 427