ABŞ-da azərbaycanlı gəncin öldürülməsi ilə bağlı TƏFƏRRÜAT


15:44     17 Yanvar 2019 19_01_17_1547725923.jpg


Xəbər verdiyimiz kimi, yanvarın 14-də ABŞ-ın Şimali Karolina ştatının Şarlot şəhərində telefon təmiri və satışı ilə məşğul olan Azərbayacan vətəndaşı, 17.06.1989-cu il təvəllüdlü Elçin Rəsul oğlu Xəlilov mağazaya basqın edən naməlum şəxslər tərəfindən qətlə yetirilib.


Femida.az xəbər verir ki, mərhumun qohumları bildiriblər ki, E.Xəlilovun cənazəsi bu həftənin bazar günü Azərbaycana gətiriləcək. Dostları ailəsinə qətlin səhəri günü xəbər verib. Atası bilir, anasına isə Elçinin vurulduğunu, reanimasiyada olduğunu deyiblər.

Bundan başqa Elçinin Amerikadakı tanışları meyitin ekstradisiyası üçün fond yaradıblar. Qısa zamanda fonda 35 min dollar pul yığılıb və onun vətənə gətirilməsi üçün maddi baxımdan problem yoxdur.

Qeyd edək ki, E.Xəlilov basqın edilən "Fixer Electronic Repair" mağazasının sahibi olub. Mağaza qarət edilə zaman ona məxsus külli miqdarda pul oğurlanıb. Amma içəridə böyük məbləğdə telefonlar və aksesuarlar qalıb. Eyni zamanda Elçinin ABŞ-da şəxsi avtomobili var idi. Dostları həmin malların da nəğd pula çevrilərək ailəsinə verilməsi üçün çalışırlar.

Elçin Xəlilov Sumqayıt şəhər 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetində təhsil alıb.

Femida.az

Açar sözlər: ABŞ   Amerika   Sumqayıt  

Oxunub: 966