Külək ağacı avtomobilin üstünə aşırdı


16:20     17 Yanvar 2019 19_01_17_1547727691.jpg


Sumqayıtda ağac avtomobilin üzərinə aşıb.

Hadisə Sumqayıt şəhəri 18-ci mikrorayonda baş verib. Aşan ağac 50-CE-953 dövlət nömrə nişanlı "Jiquli" markalı avtombilin üstünə düşüb.

Hadisədə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir. / Trend

Femida.az

Açar sözlər:

Oxunub: 495