Açıq havada iş niyə dayandırılmayıb? - VİDEO

Açıq havada iş niyə dayandırılmayıb? - VİDEO


16:22     17 Yanvar 2019 2019/01/1X6A1140_1547727820.jpg

Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanvarın 17-də Azərbaycanda gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisə ilə əlaqəda xəbərdarlığından sonra təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb, insanlara ehtiyyatlı olmağı tövsiyə edilib.


Lakin havanın qeyri-sabit keçdiyi bir vaxtda sosial şəbəkələrdə kommunal-təsərrüfat birliydə çalışan qadınların küçələri süpürdüyü görüntülənib. Sosial şəbəkə isifadəçiləri Bakı küçələrində süpürgəçi qadınların ölüm və yaralanma hallarının aparıldığı bir vaxtda onları küləkli havada küçələri süpürtdüklri üçün tənqid ediblər.





Femida.az xəbər verir ki, ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov sərt hava ilə əlaqədar paytaxtın rayon icra hakimiyyəti başçılarına ciddi tapşırıqlar verib.

BŞİH-dən verilən məlumata görə, E.Əzizovun tapşırığı ilə icra hakimiyyətlərində Fövqəladə hallar komissiyaları xüsusi qərargahlar yaradıblar.

BŞİH də daxil olmaqla, paytaxtın bütün rayon icra hakimiyyətləri gücləndirilmiş iş rejiminə keçib.

BŞİH-dən həmçinin bildirilib ki, qurum qış mövsümünə tam hazırdır.

"Hələ ötən ilin noyabrından qış mövsümünə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində tədbirlər planı təsdiq olunub. Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvləri, bütün rayonların təsərrüfat xidmətləri xüsusi rejimdə çalışacaq. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin qardan təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlara tapşırıqlar verilib. Şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatlaın sərancamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb" - BŞİH-dən bildirilib.

Xatırladaq ki, ötən il Bakı Şəhər İcra Hakimiyyəti yolları təmizləyən süpürgəçi qadınların ölüm hallarının artması ilə əlaqədar vəziyyətin köklü surətdə dəyişməsi istiqamətində işlərin həyata keçirildiyi deyilirdi. Bildirilirdi ki, meriya tərəfindən xüsusi proqram hazırlanır və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub və onlar yaxın günlərdə öz təkliflərini təqdim edəcəklər. İş prosesində insan amili qalacaq, lakin minimuma endiriləcək. Öz vəzifə öhdəliklərini yerinə yetirən zaman kommunal xidmət əməkdaşlarının ölümü faciədir və qəbuledilməzdir.

Bakı küçələrində süpürgəçilərin əvəzinə xüsusi texnika işləyəcəyi deyilsə də, hələ də küçələrdə zibil təmizləmək üçün avtomobil yollarında yaşlı qadınları görmək olur.


Açar sözlər:

Oxunub: 430


Oxşar xəbərlər