5 yaşlı azərbaycanlı uşaq donuz qripinə yoluxdu - VƏZİYYƏTİ AĞIRDIR

5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxdu - VƏZİYYƏTİ AĞIRDIR


16:55     17 Yanvar 2019 xestexana9.jpg

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda "donuz qripi"nə 4 yoluxma halı qeydə alınıb.



Femida.az "Report"a istinadən xəbər verir ki, xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır.

Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər.

Xatırladaq ki, Gürcüstanda bu günə qədər "donuz qripi" adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 630