Maşınlardan oğurluq edən tutuldu

Maşınlardan oğurluq edən tutuldu


17:53     17 Yanvar 2019 masin_ogrusu_018.jpg

Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.


Femida.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda 3 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 140