Ucarda yol qəzasında qadın sərnişin yaralandı


19:48     17 Yanvar 2019 Qeza2.jpg

Ucar rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Ucardan keçən hissəsində qeydə alınıb.

Asəf Həsənovun idarə etdiyi 99 RG 028 dövlət qeydiyyat nömrəli minik avtomobili hərəkətdə olarkən qəzaya düşüb. Nəticədə, avtomobildə olan sərnişin, 1978-ci il təvəllüdlü Ağstafa rayon sakini Qəmərli Aliyə Fərhad qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 316