Ramil Usubov Yasamal və Səbailə rəis təyin etdi
19:49 17 Yanvar 2019
Dünən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun bir neçə iri şəhərlərin və paytaxtın digər polis idarələrinin bir neçə rəisinin dəyişdirməsi ilə bağlı məlumat vermişdik.
Femida.az -ın “Unikal.org”a istinadən məlumatına görə, bu gün daha iki təyinat məlum olub. Belə ki, Ramil Usubovun müvafiq əmri ilə Şəmkir rayon Polis şöbəsinin rəisi Cəmil Əmirov vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinin rəisi təyin edilib.
Cəmil Əmirov Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovun qardaşıdır.
Bundan başqa, nazir Mingəçevir şəhər Polis şöbəsinin rəisi Cavid Muradovu vəzifəsindən azad edərək onu Səbail Rayon Polis İdarəsinin rəisi təyin edib.
Cavid Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradovun oğludur.
Oxunub: 1137
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"