İnsan Alveri İdarəsi bu qadını axtarır - FOTO


20:15     17 Yanvar 2019 19_01_17_1547741117.jpg

Azərbaycanda qadın alveri ilə məşğul olan şəxs barəsində axtarış elan edilib.

Femida.az bildirir ki, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən verilən məlumata görə, bu, Gəncə şəhər sakini Günel Bəylər qızı Hüseynovadır.

Günel Hüseynova 1992-ci ildə Daşkəsən rayonunda anadan olub.

Onun barəsində idarəyə bir neçə zərərçəkmiş qadın müraciət edib. Həmin qadınlar müraciətlərində Günel Hüseynova tərəfindən ölkə hüdudlarından kənarda fahişəliyə cəlb edildiklərini bildiriblər.




İdarə tərəfindən Günel Hüseynovanın barəsində axtarış elan edilib.

Qeyd edək ki, ötən il insan alveri ilə bağlı idarə tərəfindən bir neçə qadının barəsində axtarış elan edilib.

Açar sözlər:

Oxunub: 575